525.Az

BDU-da "Azərbaycan Xalq Cümhuriyyəti 100" intellektual yarışması


 

BDU-da "Azərbaycan Xalq Cümhuriyyəti 100" intellektual yarışması<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) "Elm" Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti 100" adlı intellektual yarışmanın açılış mərasimi keçirilib.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqi Komitəsinin təşkilati dəstəyi ilə keçirilən tədbiri layihə rəhbəri Səbuhi Abdullayev açaraq "Azərbaycan Xalq Cümhuriyyəti 100" adlı layihənin, eyni zamanda, Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirlər planına bir töhfə olacağına ümid etdiyini söyləyib və layihə haqqında məlumat verib.

O bildirib ki, fərdi şəkildə keçirilən intellektual yarışma 3 turdan ibarət olacaq və onun ilk turu 15 dekabr tarixində baş tutacaq. Bu tarixə qədər qeydiyyatdan keçən hər bir tələbə yarışda iştirak hüququ qazanacaq. İlk turda ən yüksək bal toplayan 100 tələbə ikinci tura vəsiqə qazanacaq. İkinci turda ən yüksək bal toplayan 20 iştirakçı üçüncü turda iştirak hüququ qazanacaq. Bu turda isə ən yüksək bal toplayan 10 tələbə sertifikat, 3 tələbə fəxri fərman, 50-ə yaxın tələbə isə həvəsləndirici, fərqləndirici mükafatlara layiq görüləcəklər.

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Taleh Mansurov 100 illiyini qeyd etməyə hazırlaşan Bakı Dövlət Universitetində təhsillə yanaşı, tələbələrin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində görülən işlərdən, həmçinin, istedadlı tələbələrin inkişafına BDU THİK-in dəstəyindən bəhs edib.

Tədbirdə həmçinin, BDU-nun Keyfiyyətin təminatı, monitorinq və qiymətləndrmə şöbəsinin müdiri Vaqif Qasımov, Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov çıxış edərək belə tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.

S.QARAYEVA

 





07.12.2018    çap et  çap et