525.Az

MONEYVAL Komitəsində Azərbaycanla bağlı tərəqqi hesabatı


 

PULLARIN LEQALLAŞDIRILMASINA VƏ TERRORÇULUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ QARŞI DÖVLƏTİMİZİN MÜBARİZƏ SİSTEMİ BEYNƏLXALQ STANDARTLARA TAM CAVAB VERİR

MONEYVAL Komitəsində Azərbaycanla bağlı tərəqqi hesabatı<b style="color:red"></b>

Dekabrın 5-də Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycanın mübarizə sahəsində IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilib.

Azərbaycanın Maliyyə Monitorinqi Xidmətindən verilən məlumata görə, müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 40+9 Tövsiyəsinin, o cümlədən, MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrini Azərbaycanın müvəffəqiyyətlə yerinə yetirdiyi qeyd edilib.

Həmçinin, ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib, hüquqi bazanın təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb.

Bununla da, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycanın mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib.

CEYHUN

 





07.12.2018    çap et  çap et