525.Az

"Aparılan islahatlar insan hüquqlarının qorunmasına dəstək verir"


 

"Aparılan islahatlar insan hüquqlarının qorunmasına dəstək verir"<b style="color:red"></b>

Azərbaycan müstəqillik qazandıqdan sonra 64 əfv sərəncamı, 11 amnistiya aktı on minlərlə insana şamil olunub.

Trend-in məlumatına görə, bunu "Bərabərlik hüququnun təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir: "Bu il həm də ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilir. Onun başladığı islahatlar ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmininə imkan yaradıb. Azərbaycanda qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququ verilib".

Ölkəmizdə hüquqla bağlı çoxsaylı qanunvericilik aktlarının qəbul olunduğunu deyən E.Süleymanova əlavə edib ki, ölkəmizdə aparılan islahatlar dövlət qurumları tərəfindən insan hüquqlarının qorunmasına dəstək verir.

 





07.12.2018    çap et  çap et