525.Az

Azərbaycanı müdafiə edən moldovalı ombudsman iki ali mükafata layiq görülüb


 

Azərbaycanı müdafiə edən moldovalı ombudsman iki ali mükafata layiq görülüb<b style="color:red"></b> Avqustun 25-də Kiyevdə Moldovanın Ombudsmanı Aureliya Qriqoriuya insan hüquqlarının müdafiəsi sahəsində göstərdiyi rəşadətə görə Müqəddəs Vladimir Pravoslav ordeni təqdim olunub.
 
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun “525”verdiyi məlumata görə, orden Ombudsmana Rusiyada xristianlığın qəbul olunmasının 1025 illiyi və bu ilin oktyabrında onun Moldova Parlamentində mandat müddətinin bitməsi münasibətilə verilib. Aureliya Qriqoriu əvvəllər də pravoslav mükafatı olan Müqəddəs Apostol Andrey ordeninə layiq görülən yeganə Moldova vətəndaşı, həmçinin Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun ali mükafatı olan «Heydər Əliyev» qızıl medalına layiq görülmüş yeganə qadındır.

Qeyd edək ki, Aureliya Qriqoriuya «Heydər Əliyev» qızıl medalı yaxın günlərdə təqdim olunacaq.
 





28.08.2013    çap et  çap et