525.Az

Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər


 

Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər<b style="color:red"></b>

Məlum olduğu kimi, dekabrın 6-da Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.

Məlumata görə, Prezident Kitabxanasında MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı olub.

Daha sonra isə dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxıblar.

Teatrdan çəkilən fotolar isə sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub. Belə ki, dövlət başçılarının necə əyləşməsi diqqətlərdən yayınmayıb. Prezident İlham Əliyev liderlərin yanında - Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin yanında əyləşib, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə lap kənarda, mühafizəçilərin yanında əyləşdirilib.

Bundan başqa, fasilə zamanı Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmədovla səmimi söhbət etməsi də diqqət çəkir.

Əslində, yayılmış bu fotolardakı mənzərə Azərbaycan prezidenti İlham Əliyev və Nikol Paşinyanın beynəlxalq nüfuzunun hansı səviyyədə olduğunu təsdiqlədi. MDB liderləri, həmçinin, digər dünya dövlətlərinin rəhbərləri İlham Əliyevi güclü, nüfuzlu lider kimi qəbul edir, onun mövqeyi, yanaşması ilə hesablaşırlar.

Göstərilən fakt bir daha Ermənistan rəhbərinin demək olar ki, heç bir nüfuzunun olmadığını ortaya qoyur. Paşinyanın qarşılaşdığı mənzərədən pərişanlığı da aydın seçilir.

Görünən odur ki, MDB liderləri Paşinyanı ciddi siyasi fiqur, lider kimi qəbul etmir, ona güvənmirlər. Onun KTMT-nin Astana sammitindən sonra Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev haqqında işlətdiyi ifadələr, izahat tələb etməsi kimi  açıqlamaları ciddi tənqid olundu. Hakimiyyətdə olduğu müddət ərzində Ermənistanın ən yaxın müttəfiqi Rusiya daxil olmaqla, Belarus, Qazaxıstanla münasibətləri pisləşdirən Paşinyanın Sankt-Peterburqdakı əyləşdiyi yer məhz onun apardığı yanlış xarici siyasətin təzahürüdür. Paşinyan anlamaldır ki, “küçə siyasətindən”, ritorikasından əl çəkib, normal qonşuluq, müttəfiqlik münasibətləri həyata keçirməlidir. Bunun üçün isə ilk növbədə ondan tələb edilən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konkret addımlar atmaq, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrini geri çəkməlidir. Dekabrın 9-də keçiriləcək erkən parlament seçkilərindən sonra Paşinyan bu istiqamətdə hər hansı addım atmasa, indiki siyasəti davam etdirsə, işğalçı ölkənin özünütəcridi daha da güclənəcək. Paşinyana isə mühafizəçilərin yanında belə yer olmayacaq.

Yeri gəlmişkən, baş nazir vəzifəsinin icraçısı apardığı yanlış xarici siyasətə görə ölkəsindəki siyasi qüvvələrdən də tənqidlər almaqdadır. Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib ki, Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərini məqsədli şəkildə məhv edir və Qarabağ münaqişəsini həll etmək iqtidarında deyil.

Onun sözlərinə görə, Paşinyan Rusiya ilə münasibətləri ardıcıl şəkildə pisləşdirməkdədir: “Respublika Partiyasının hakimiyyət dövründə Ermənistan-Rusiya münasibətlərinin inkişafında konkret nəticələr əldə edilmişdi. Bunun təsdiqi olaraq, Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil oldu, bu qurumda və KTMT-də rəhbər vəzifələri tutdu, ölkəyə yönəldilmiş Rusiya investisiyalarının həcmi artdı”.

RP sədrinin müavini deyib ki, Paşinyan təqsirsizlik prezumpsiyasını pozaraq, Rusiya şirkətlərinin, xüsusən “Gazprom Armenia” və “SCR” şirkətlərinin törəmə müəssisələrinə qarşı bilərəkdən hüquqi proseslər törədib. Beləliklə də, o, ölkədə xarici investisiyanın axınını azaldacaq bir atmosfer yaradır.

Onun fikrincə, Ermənistan rəhbərliyi özünü elə aparır ki, rus tərəfdaşları onu yanlış məlumatlandırmada günahlandırırlar, bu, yolverilməzdir və iki ölkə arasında strateji münasibətlərə zərər verir.

Qarabağ danışıqlarına toxunan Aşotyan vurğulayıb ki, Paşinyan və onun komandası vəziyyətdən baş açmır və münaqişənin həlli ilə bağlı dəqiq bir baxışa malik deyil. Əlavə edib ki, Ermənistanda yeni hakimiyyətin dövründə yalnız danışıq prosesinə zərbə vurulub.

PƏRVANƏ

 





08.12.2018    çap et  çap et