525.Az

Xalq yazıçısı İsa Hüseynov xəstələnib


 

Xalq yazıçısı İsa Hüseynov xəstələnib<b style="color:red"></b>

Azərbaycanın xalq yazıçısı İsa Hüseynovun səhhətində problem yaranıb.

Yazıçının xanımı Firuzə Hüseynovanın APA-ya verdiyi məlumata görə, İsa Hüseynov hazırda Qazaxda yataq şəraitində müalicə alır: “İsada belə şeylər tez-tez olur. Son vaxtlar səhhəti yaxşılaşmışdı, özünü normal hiss edirdi. Keçən dördüncü gündən böyrəklərində problem yarandı, ürək çatışmazlığı da var. İndi həkim nəzarətindədir, müalicəsi davam edir”.
 
İsa Hüseynov 1928-ci ildə Ağstafanın Muğanlı kəndində anadan olub. Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. “Məhşər” , “İdeal”, “Qəbiristan” “Tütək səsi” və s. əsərlərin müəllifidir.

 





28.08.2013    çap et  çap et