525.Az

Kənd təsərrüfatı tullantılarından enerji istehsal olunacaq


 

Kənd təsərrüfatı tullantılarından enerji istehsal olunacaq<b style="color:red"></b>

Azərbaycanda kənd təsərrüfatı tullantılarından enerji istehsal etmək planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov deyib.

Z.Məmmədovun sözlərinə görə, bir ton pambığın istehsalı zamanı 3 tona yaxın tullantı formalaşır:

“Biz bu tullantıları istilik enerjisi mənbəyi kimi istifadə etməyi planlaşdırırıq”.

Nazirlik rəsmisi bildirib ki, bu cür praktika dünyada geniş tətbiq olunur. Bununla bağlı özəl sektor nümayəndələri üçün kurs və treninqlər də təşkil olunur.

Z.Məmmədov əlavə edib ki, Energetika Nazirliyi ölkədə alternativ enerjinin inkişafını əhatə edən dörd qanun layihəsi hazırlayıb.

 





08.12.2018    çap et  çap et