525.Az

Jurnalistlər üçün növbəti seminar-təlim


 

Jurnalistlər üçün növbəti seminar-təlim <b style="color:red"></b> Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” regional proqramı çərçivəsində 8-9 dekabr tarixində Şabran rayonunda jurnalistlər üçün növbəti seminar-təlim keçirilib.

İki gün davam edən təlimin açılış mərasimində GİZ-in əməkdaşı Şakir Səfərbəyov giriş nitqi ilə çıxış edib, təmsil etdiyi təşkilatın keçirdiyi seminarların əhəmiyyəti, məqsədi barədə qısa məlumat verib.

Sonra Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov media mənsublarına Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, Azərbaycanda İnzibati hüquq mövzusunda təlim keçib. Seminar-təlimdə Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədi, təyinatı, əsas anlayışları, tikinti fəaliyyəti və onun subyektləri, tikinti obyektlərinə və tikinti materiallarına dair tələblər, tikintiyə icazə üzrə icraat, tikintiyə dövlət nəzarəti, inzibati hüququn əsasları, inzibati icraatın gedişatı, inzibati orqanın yardım vəzifəsi və sair istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparılıb, media mənsublarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
 





09.12.2018    çap et  çap et