525.Az

Kaliforniyada it sahiblərini külə dönmüş evləri yanında bir aya yaxın gözlədi


 

Kaliforniyada it sahiblərini külə dönmüş evləri yanında bir aya yaxın gözlədi<b style="color:red"></b>

Kaliforniyada it sahiblərini bir aya yaxın onların ştatda baş verən güclü yanğınlardan öncə evləri olduqları yerdə gözləyib.

Bu barədə Trend FOX8 telekanalına istinadən xəbər verir.

Qeyd olunur ki, Medison adlı it sanki "keçmiş evini qoruyurdu". Sahibsiz itlərin xilas olunması üzrə yerli təşkilatın əməkdaşı mütəmadi olaraq iti yemləyib.

Xatırladaq ki, Kaliforniyada noyabrın 8-də güclü meşə yanğınları başlamışdı. Yanğın ştatın tarixinə ən dağıdıcı yanğın kimi düşüb. O yalnız noyabrın 25-də lokallaşdırılıb. Son məlumatlara əsasən, yanğın nəticəsində 85 nəfər ölüb, 14 minə yaxın ev, 528 kommersiya binası və 4 min digər tikili dağılıb.

 





10.12.2018    çap et  çap et