525.Az

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin qalibləri məlum oldu - Fotolar


 

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin qalibləri məlum oldu - <b style="color:red">Fotolar </b>

Dekabrın 8-də “İrəli” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümü başa çatıb.

Təşkilatdan verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə çıxış edərək, belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, gənclərin intellektual oyunlarda iştirakı onların zehni inkişafına, bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək bildirib ki, intellektual yarışlar gənclərin bilik və bacarıqlarını üzə çıxarır, elmə, təhsilə həvəsini daha da artırır: “Təsadüfi deyil ki, ötən illərlə müqayisədə gənclər təhsil almağa daha çox meyl göstərır. Bu da ölkə başçısının elm və təhsilin inkişafı istiqamətində apardığı uğurlu siyasətin nəticəsidir”.

“Doğma diyarımızın hər bir bölgəsindən olan gənclər öz biliklərini yoxlamaq üçün bizim yarışmaya qatılıblar. Mən bütün layihə iştirakçılarını təbrik edirəm. İnanıram ki, bu gənclər ölkəmizi xaricdə layiqli şəkildə təmsil edəcək, bütün Azərbaycan gəncliyinə bir stimul olacaqlar. Biz də bir təşkilat olaraq Azərbaycan gənclərinə və gəncliyinə hər zaman dəstək olmuşuq və olacağıq”, - deyə “İrəli” sədri qeyd edib.

Sədr bildirib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi öz əksini tapır: “Azərbaycan İntellektual Birİncisi” layihəsi Dövlət Proqramının alt sənədinə uyğun olaraq həyata keçirilib”  Azərbaycanın bütün regionlarını əhatə edən layihənin məqsədi ölkə gənclərinin maarifləndirilməsi və intellektual potensiallarının qiymətləndirilməsi olub”.

Daha sonra "Azərbaycanın İntellektual Birİncisi" layihəsi haqqında məlumat verilib. Bildirilib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və ölkəmizin 11 regionunda 4 intellektual oyun üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkəmizin 70-dən çox rayonundan 1500-dək gənc iştirak edib. Layihə 2 mərhələdən ibarət olub. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilib. Birinci mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanıb.

Layihənin yekununda “Vətəni tanı” oyunu üzrə Xətai rayonu, “Axtar tap” oyunu üzrə Naxçıvan, “Nə, harada, nə zaman?”, “Xəmsə” oyunları üzrə isə Abşeron komandasının gənc intellektualları birinci yeri tutublar.

Qalib gələn komandalar medallar, şəhadətnamələr və hədiyyələrlə təltif olunub.

CEYHUN

 





10.12.2018    çap et  çap et