525.Az

"Türkiyə Azərbaycanla kənd təsərrüfatı sahəsində innovasiyalarla bölüşməyə hazırdır"


 

"Türkiyə Azərbaycanla kənd təsərrüfatı sahəsində innovasiyalarla bölüşməyə hazırdır"<b style="color:red"></b>

Türkiyə Azərbaycanla kənd təsərrüfatı sahəsində texnoloji yeniliklərini bölüşməyə hazırdır.

Trend-in məlumatına görə, bunu aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum zamanı Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli deyib.

Nazir bildirib ki, kənd təsərrüfatı sahəsində islahatlarla bağlı Azərbaycanla fikir mübadiləsi ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edəcək.

Qlobal problemlərdən danışan B.Pakdemirli qeyd edib ki, 2050-ci ildə dünya əhalisi 10 milyard nəfərə çatacaq:

“Bir tərəfdən tələbat, digər tərəfdən ekoloji problemlər artır. Bu məsələlərin həll olunması üçün əlimizdən gələni etməliyik və mən ümid edirəm ki, bu forum bizə kömək edəcək”.

Qeyd edək ki, dekabrın 10-da Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında protokol imzalanıb. Kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq protokolunu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və ölkəmizdə səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli imzalayıblar.

 





10.12.2018    çap et  çap et