525.Az

Küveyt Azərbaycana yeni səfir təyin edib


 

Küveyt Azərbaycana yeni səfir təyin edib<b style="color:red"></b>

Küveyt dövləti Azərbaycana yeni səfiri təyin edib. Küveytin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu vəzifəyə Səud Əbdüləziz əl-Rumi təyin edilib.

Diplomatik nümayəndəlikdə bildiriblər ki, S.Ə. əl-Rumi Küveytin ən təcrübəli diplomatlardandır və XİN-də yüksək vəzifələr tutub. Bundan əvvəl o Küveytin Argentinadakı səfiri postunda çalışıb.

Qeyd edək ki, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov Küveytin Azərbaycandakı səfiri Ğəssan Abdulbari Al-Zəvavini diplomatik missiyanın başa çatması ilə əlaqədar qəbul ediblər

 





29.08.2013    çap et  çap et