525.Az

"Beşbarmaq" turnirinin qalib alpinistləri mükafatlandırıldı


 

"Beşbarmaq" turnirinin qalib alpinistləri mükafatlandırıldı<b style="color:red"></b>

Oktyabrın 6-da və 7-də Siyəzən rayonu ərazisində yerləşən Beşbarmaq dağında Qayayadırmanma üzrə açıq Kubok keçirilib. Azərbaycan Alpinizm Federasiyasının təşkil etdiyi yarış, mərhum azərbaycanlı alpinist Akif Rüstəmovun xatirəsinə həsr olunub.

Federasiyadan 525.az-a verilən məlumata görə, yarışda ümumilikdə 40 idmançı iştirak edib. Onlardan 23-ü oğlan, 17-i qız olub.

Kubok 3 mərhələdən ibarət olub: boldrinq, cütlüklərin yarışı və mürəkkəb dırmanma. Kişilər arasında boldrinq mərhələsinin qalib üçlüyü Qasımov Oqtay, Şirəliyev Mövsüm, Abdullayev Əli olub. Kişilərin cütlük yarışında Şirəliyev Mövsüm, Şıhrəhimov Qalib və Abdullayev Əli, mürəkkəb dırmanmada isə Teleqin Sergey, Qasımov Oqtay və Abdullayev Əli qalib gəliblər. Kişilər arasında ümumilikdə ilk üç nəticəni Şirəliyev Mövsüm, Qasımov Oqtay və Abdullayev Əli göstəriblər.

Qadınlar arasında boldrinq mərhələsində ilk üç yeri müvafiq olaraq Şianova Evgeniya, Manuilova Nadejda və Naxmetova Səbinə tutublar. Cütlük yarışının qadın qalibləri Şianova Evgeniya, Manuilova Nadejda və Safranova Yelena olub. Qadınlar arasında mürəkkəb dırmanma yarışında isə Şianova Evgeniya, Maşkova Yana və Manuilova Nadejda qalib gəliblər. Qadınlar arasında ümumi hesabda Şianova Evgeniya, Manuilova Nadejda və Maşkova Yana qalib kimi müəyyənləşib.

Komandaların yarışında Dağçılıq İdman Klubu (DİK) qələbə qazanıb. 1-ci və 2-ci yerləri DİK, 3-cü yeri isə Zirvə komandası tutub.
Yarışın sonunda qaliblər mükafatlandırılıb.

 





08.10.2012    çap et  çap et