525.Az

Strasburqun mərkəzində atışma baş verib: 3 ölü, 12 yaralı - Yenilənib


 

Strasburqun mərkəzində atışma baş verib: 3 ölü, 12 yaralı - <b style="color:red">Yenilənib</b>

Fransanın Strasburq şəhərinin mərkəzində baş verən atışma nəticəsində 3 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

K.Kastaner deyib: "Saat 19:50-dən silahlı şəxs şəhərin 3 nöqtəsinə terror törədib. O, 3 nəfəri öldürüb".

Nazir əlavə edib ki, insident nəticəsində 12 nəfər xəsarət alıb: "Cinayətkarın axtarışları davam edir. Onun axtarışı üzrə əməliyyatda 350 polis əməkdaşı iştirak edir".

***

Fransanın Strasburq şəhərinin mərkəzində atışma baş verib.

Trend-in "BFM" telekanalına istinadən verdiyi məlumata görə, atışma nəticəsində həlak olanların sayı 4-ə çatıb.

***

Fransanın Strasburq şəhərinin mərkəzində atışma baş verib.

Trend-in "BFM" telekanalına istinadən verdiyi məlumata görə, atışma nəticəsində 2 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Fransanın daxili işlər naziri Kristof Kastaner ölənlər haqqında məlumatı təsdiqləyib.

***

Fransanın Strasburq şəhərinin mərkəzində atışma baş verib.

Trend-in "BFM" telekanalına istinadən verdiyi məlumata görə, atışma nəticəsində 1 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Bildirilir ki, atəş açan şəxs hadisə yerində qaçıb və onun axtarışları davam edir. Şəhər hakimiyyəti baş verən insidentlə əlaqədar sakinlərdən evlərini tərk etməməyi istəyib. Cinayətin təfərrüatları araşdırılır.

KİV-lərin məlumatına əsasən, Strasburq şəhərinin xəstəxanalarında terror aktları zamanı tətbiq edilən təcili plan fəaliyyətə başlayıb.

Fransanın daxili işlər naziri Kristof Kastaner öz "Twitter" səhifəsində bildirib ki, Strasburqdakı vəziyyəti izləmək üçün hazırda nazirliyin böhran mərkəzindədir.

***

Fransanın Strasburq şəhərinin mərkəzində atışma baş verib.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, atşıma nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

"Le Progres" qəzeti öz növbəsində bildirir ki, Qrand-Arkad küçəsində milad yarmarkası yaxınlığında baş verən atışma nəticəsində 2 nəfər yarlanıb.

Hazırda şəhərin mərkəzində Qutenberq meydanının ətrafında 200 metr radiusda ərazi polislər tərəfində mühasirəyə alınıb.

 





12.12.2018    çap et  çap et