525.Az

“Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirildi


 

“Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirildi <b style="color:red"></b>

Dekabrın 11-də Xəzər Universitəsində ənənəvi “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib.

Məşğələni giriş sözü ilə Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açaraq məruzəçi alim, Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İctimai Birliyinin prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Bölməsinin rəhbəri, aqrar elmləri doktoru, professor Fərman Quliyevin həyat və yaradılıcılığı haqqında geniş məlumat verib.

Məruzəçi - professor Fərman Quliyev Azərbaycanda çay və sitrus plantasiyalarının salınması, çayçılığın və sitrus bitkilərinin inkişafı ilə dövlət proqramlarının qəbul edilməsi haqqında ətraflı məlumat verib. Məşğələ iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkəmizə çay bitkisi XIX əsrin əvvəllərində gətirilib. Cay bitkilərinin 1929-cu  ildən elmi əsaslarla becərilməsinə, 1932-ci ildən isə sənaye miqyaslı plantasiyaların salınmasına başlanıldığı bildirilib.

Məruzə ətrafında müzakirələrdə İradə Xəlilova, Əlövsət Əmirbəyli, Rövşən Abbasov, Elsevər İbadov, Cavid Ocağı, Abbas İsmayılov, Zaur Həsənov, Əli Şamilov, Nemət Məmmədli, İsmixan Yusubov  və digərləri çıxış ediblər.

Sonda professor Hamlet İsaxanlı maraqlı məruzə üçün professor Fərman Quliyevə təşəkkürünü bildirib və ona universitənin hədiyyəsini təqdim edib.

 





12.12.2018    çap et  çap et