525.Az

Ayətullahdan ittiham: "ABŞ İranda müharibəyə başlamaq istəyirdi"


 

Ayətullahdan ittiham: "ABŞ İranda müharibəyə başlamaq istəyirdi"<b style="color:red"></b>

ABŞ İranda təhlükəsizliyə zərbə vurmaq və müharibəyə başlamaq istəyirdi, amma bu planlar baş tutmadı.

Trend-in məlumatına görə, bunu İranın ali lideri, ayətullah Əli Xameneyi öz “Twitter” səhifəsində bildirib.

O qeyd edib ki, ABŞ-ın İran xalqına qarşı planı aşkar edilib:

“Onlar edə bildiklərini etdilər. ABŞ-ın planı sanksiyalar və təxribatlarla İranda problemlər, qarşıdurmalar və vətəndaş müharibəsi yaratmaq idi”.

Bununla belə, Ə.Xameneyi İranın sayıqlığını itirməməli olduğunu deyib, çünki ABŞ gələn il başqa anti-İran planını irəli sürə bilər.

 





12.12.2018    çap et  çap et