525.Az

Vladimir Suxoy: "Heydər Əliyev Azərbaycanın müasir tarixini yazıb"


 

Vladimir Suxoy: "Heydər Əliyev Azərbaycanın müasir tarixini yazıb"<b style="color:red"></b>

"Heydər Əliyev Azərbaycanın müasir tarixini yazan dahi şəxsiyyətdir".
 
Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist Vladimir Suxoy deyib.

O bildirib ki, ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq Azərbaycanın 35 illik tarixi Heydər Əliyevin adı ilə bağlıdır: "Onun siyasi bacarığı və insanı keyfiyyətləri nəticəsində gənc Azərbaycan dövləti qısa müddət ərzində öz ayaqları üstündə dayanmağı bacardı və 21-ci əsrə uğurla daxil ola bildi. Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev üzərində böyük məsuliyyət götürmüşdü. O, ölkənin qarşısındakı çətin maneələri aradan qaldıraraq Azərbaycanı güclü dövlətə çevirdi".

"1969-cu ilin iyulun 14-də Heydər Əliyev Sovet Azərbaycanına rəhbər təyin olunmuşdu. O, Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini yerinə yetirirdi. "Modernləşdirmə" onun fəaliyyətini təsvir etmək üçün ən dəqiq sözdür. Ölkəyə rəhbər təyin edildikdən sonra Heydər Əliyev dərin islahatlara başladı. Heydər Əliyev neft və neft emalı sənayesini tamamilə yeniləşdirdi, bir sıra zavodların, o cümlədən, müasir su elektrik stansiyası, toxuculuq fabriki və yüksək texnologiyalı alüminium istehsalının həyata keçirilməsinə star verdi. O, Azərbaycan iqtisadiyyatında ciddi dönüşə, inkişafa nail oldu", - deyə V.Suxoy qeyd edib.

Tanınmış telejurnalist xatırladıb ki, 1993-cu ilin oktyabrın 3-də Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində müasir Azərbaycan dövlətinin prezidenti seçilib: "Ölkəyə növbəti rəhbərliyi dövründə Heydər Əliyev dərin islahatlar həyata keçirərək, ölkəni yenidən yüksəlişə, inkişafa meylləndirdi. Heydər Əliyevin çoxvektorulu siyasəti dövlət strategiyasına çevrildi və ölkəni stabilliyə, çiçəklənməyə doğru apardı. O, Birləşmiş Ştatlar, Avropa İttifaqı ilə konstruktiv münasibətləri, həmçinin, Türkiyə, Rusiya və İranla dostluq əlaqələrini nəzərdə tutan praqmatik və balanslı xarici siyasətlə hakimiyyətə gəldi. Azərbaycanda siyasi sabitliyin əldə olunmasından əlavə, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyi üçün əsaslar yaratdı. O, istehsalın bütün sahələrini bərpa etmək üçün antiböhran proqramı hazırladı, ölkənin maliyyə vəziyyətini yaxşılaşdırdı və xarici investisiyaların cəlb edilməsi üçün ciddi zəmin yaratdı".

V.Suxoy Heydər Əliyevin müəllifi olduğu uğurlu layihələrdən biri kimi 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"ni qeyd edib.

Onun sözlərinə görə, bu layihə Azərbaycan üçün həyati əhəmiyyət daşıyırdı: "Ölkədə daxili sabitliyin yaranması və xarici siyasətdə uğurların qazanılmasında bu layihə ciddi rol oynayıb".

C.ABASOV

 





13.12.2018    çap et  çap et