525.Az

Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB-də ən yüksək nəticə göstərib


 

Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB-də ən yüksək nəticə göstərib<b style="color:red"></b>

Cari ilin iyulun 2-dən 11-dək Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində keçirdiyi auditin yekun nəticələri açıqlanıb.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə son iki il ərzində 23,3 faiz irəliləyiş əldə edib.

Dekabrın 4-dən 5-dək Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika üzrə Regional Bürosunda təşkil edilmiş görüşdə büronun regional direktoru Luis Fonseka de Almeyda Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyətini təbrik edərək, Azərbaycanın əldə etdiyi bu tərəqqinin 2018-ci ildə region üzrə ən yüksək nəticə olduğunu qeyd edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Arif Məmmədov L.F.Almeydaya təbrikə görə təşəkkürünü bildirərək, ölkəmizdə aviasiya sahəsində təhlükəsizliyin təmin edilməsində daha yüksək nailiyyətlərin əldə edilməsi istiqamətində bundan sonra da İCAO ilə sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib.

CEYHUN

 





13.12.2018    çap et  çap et