525.Az

İqtisadi İnkişaf Nazirliyi mağazalarda reydlər keçirdi


 

İqtisadi İnkişaf Nazirliyi mağazalarda reydlər keçirdi<b style="color:red"></b>

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, ölkə ərazisində aparılan reydlər zamanı bir sıra mağazalarda vaxtı ötmüş mallar aşkarlanıb.

Bakının Nəsimi rayonunda
- A.Məhərrəmov küçəsi, ev 45H ünvanında Günel Cəfərovaya məxsus mağazada;
- A.Salamzadə küçəsi, ev 35 ünvanında Fərdi Əliyevə məxsus mağazada;

Sumqayıt şəhərində
- 3-cü məhəllə, ev 27/10 ünvanında Ramiz Rəhimova məxsus mağazada;
- 9-cu mikrorayon, ev 52/142 ünvanında Rəhim Şamıyevə məxsus mağazada;
- 16-cı mikrorayon, İ.Qayıbov küçəsində Almaz Ağayevaya məxsus mağazada;
- 1-ci məhəllə, ev 5A ünvanında İsax Hümbətova məxsus mağazada;
- 13-cü mikrorayon, ev 19 ünvanında Səlimə Osmanovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.

Bakının Nəsimi rayonunda
- R.Behbudov küçəsi, ev 27 ünvanında Rauf Abbasova məxsus mağazada;
- Moskva prospekti, ev 62A ünvanında Cəbrayıl Cəbrayılova məxsus mağazada;

Binəqədi rayonunda
- Biləcəri qəsəbəsi, Şimal-Qərb hissəsində İsmayıl İsmayılzadəyə məxsus mağazada;
- G.Ramazanov küçəsi, ev 8D ünvanında Nurulla Ələkbərova məxsus mağazada;
- G.Ramazanov küçəsi, ev 135 ünvanında Müşfiq Hüseynova məxsus mağazada;
- H.Arif küçəsi, ev 10 ünvanında Sədi Əhmədova məxsus mağazada;
- Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 3 Fəqan Şaxtaxtinskiyə məxsus mağazada;

Ağstafa şəhərində
- S.Məmmədov küçəsi, ev 2 ünvanında Rövşən Nağıyevə məxsus mağazada;

Şəmkir rayonunda
- Yeni həyat kəndində İlham Muradıya məxsus mağazada;
- Dəllər qəsəbəsində Leyla Sadıqovaya məxsus mağazada;
- Düyərli kəndində Elçin Məmmədova məxsus mağazada;
- Zəyəm qəsəbəsi, Vaqif küçəsi, ev 54 ünvanında Azər Baloğlanova məxsus mağazada;

Beyləqan şəhərində
- A.Əkbərov küçəsində Asif Arazova məxsus mağazada;
- S.Qazıyeva küçəsində Vüsal Qurbanova məxsus mağazada;
- S.Qazıyeva küçəsində Aqşin Bayramova məxsus mağazada;
- M.Ə.Rəsulzadə küçəsində Nazim Abbasova məxsus mağazada;

Göyçay şəhərində
- Ü.Hacıbəyov küçəsində Səid Məmmədova məxsus mağazada;
- Natəvan küçəsində Ağarza Abdullayevə məxsus mağazada;

Şabran şəhərində
- H.Əliyev küçəsində Məryam Qasımovaya məxsus mağazada;
- M.Ə.Rəsulzadə küçəsində Müşfiq Qasımova məxsus mağazada;

Ağdam rayonunda
- Bənövşələr qəsəbəsində Taleh Cəfərova məxsus mağazada;
- Mahrızlı kəndində Elnur Məmmədova məxsus mağazada yoxlamalar aparılıb.

Ümumilikdə, monitorinqlər zamanı 450 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

 





29.08.2013    çap et  çap et