525.Az

BDU-də müəllimlərin işə qəbulu ilə bağlı seminar


 

BDU-də müəllimlərin işə qəbulu ilə bağlı seminar <b style="color:red"></b>

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən Bakı Dövlət Universitetində pedaqoji ixtisaslar üzrə buraxılış kurslarında təhsil alan tələbələrlə maarifləndirmə məqsədilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçirilib.

Universitetdən verilən məlumata görə, seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin buraxılış kursunda pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir.

Seminar zamanı tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyəti dövrünü əks etdirən bukletlər paylanılıb, təqdimat nümayiş etdirilib və tələbələrin sualları cavablandırılıb.

Eyni zamanda, müəllimlərin işə qəbulu ilə əlaqədar qanunvericiliklə bağlı məlumat verilib və müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti qeyd olunub.

 





14.12.2018    çap et  çap et