525.Az

"Qarabağ" "Arsenal"a məğlub oldu - Foto


 

"Qarabağ" "Arsenal"a məğlub oldu - <b style="color:red">Foto</b>

Bu gün Avropa Liqasının qrup mərhələsi başa çatıb.

525.az-ın məlumatına görə, İngiltərə təmsilçisi "Arsenal"ın qonağı olan "Qarabağ" səfərdə minimal hesabla məğlub olub.

Formal xarakter daşıyan oyunun nəticəsi kimi, "Köhlən atlar" qrup sonuncusu olaraq mübarizəni dayandırıblar.

Qarşılaşmadakı yeganə qolu 16-cı dəqiqədə Aleksandr Lakazet vurub.

Oyunun 90+3-cü dəqiqəsində erməni təxribatı da qeydə alınıb. Belə ki, əlində qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı, köynəyində terrorçu Monte Melkonyanın şəkli olan erməni azarkeş meydançaya daxil olub. Azarkeşin məhz bu dəqiqədə təxribata cəhd göstərməsinin səbəbi isə M.Melkonyanın 1993-cü ildə öldürülməsidir.

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov təxribatçıya etirazını bildirib. Təhlükəsizlik işçilərisə dərhal müdaxilə edərək həmin şəxsi meydançadan uzaqlaşdırıblar.

Cavid

 





14.12.2018    çap et  çap et