525.Az

"Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu"


 

"Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu"<b style="color:red"></b>

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrliyi müddətində səyləri nəticəsində bir sıra problemləri həll etmək mümkün oldu.

Trend-in məlumatına görə, bunu QDİƏT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 39-cu iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O əlavə edib ki, təşkilat 25 ildir ki, fəaliyyət göstərir və islahatlara ehtiyac duyur:

“Biz bu təşkilata böyük əhəmiyyət veririk. Bu gün biz gələcək fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik. Biz bu təşkilatın fəaliyyətini təkmilləşdirmək üçün əlimizdən gələni edəcəyik”.

M.Çavuşoğlu Azərbaycanı təşkilatda uğurlu sədrliyi münasibətilə təbrik edib.

 





14.12.2018    çap et  çap et