525.Az

Qız Qalası yenidən təmirə bağlandı (FOTO)


 

Qız Qalası yenidən təmirə bağlandı<b style="color:red"> (FOTO)</b>

Bakının qədim abidələrindən sayılan Qız Qalası yenidən təmirə bağlanıb. Oktaybrın 8-də İçərişəhərdəki bu abidə ziyarətçilərin üzünə qapadılıb. Ərazidə olarkən öyrəndik ki, qədim aidə bütövlüklə hasara alınıb və divarı dəmir sütunlarla əhatələnib.

İş icraçıları qəzetimizə açıqlamalarında bildirdilər ki, təmir işləri divarın daşları arasında yaranmış boşluqlara görə aparılır. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin əməkdaşları dedilər ki, daşlar arasındakı boşluqlar xüsusi məhlulla doldurulur: “Təmir işlərinin nə vaxt yekunlaşacağı barədə hər hansı bir məlumat verə bilmərik. Təmir işləri ilə əlaqədar ziyarətçilərin Qız Qalasına daxil olması yasaqlanıb”

Qeyd edək ki, Qız Qalasının təmiri və bərpasına dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılıb. Bərpa işləri Avstriyanın bərpaçı mütəxəssisi Erix Pummerin başçılıq etdiyi “Atelier Erich Pummer” şirkəti tərəfindən aparır. Bərpa prosesinin 2013-cü ilə qədər davam edəcəyi bildirilir. (Yeni Müsavat)

 





08.10.2012    çap et  çap et