525.Az

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Gürcüstanda səfərdədir


 

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Gürcüstanda səfərdədir<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlıların problemləri ilə tanış olub.

R.Abdullayev Bolnisidə “SOCAR Super” beton zavodunun açılışında iştirak edib. Bu zavod təxminən 40 nəfər azərbaycanlını işlə təmin edəcək və ətraf kəndlərin infrastrukturunun formalaşmasında rol oynayacaq.

Bundan başqa, ARDNŞ prezidenti Dmanisidə Heydər Əliyev adına Bilgisayar və Təhsil Mərkəzinə Heydər Əliyev Fondu adından avtobus hədiyyə edib ki, bu avtobus ətrafdakı yaşayış məntəqələrində yaşayan uşaqları sözügedən təhsil mərkəzinə daşıyacaq. Hazırda təhsil mərkəzində 120 uşaq təhsil alır.

Eyni zamanda, R.Abdullayev Dmanisinin Qəmərli kəndində 400 abonenti təbii qazla təmin edəcək, həmçinin Qaçağan kəndində 1 100 abonenti qazla təmin edəcək boru xətlərinin açılış mərasimində iştirak edib və bildirib ki, qazlaşdırma işləri bundan sonra da davam etdiriləcək.

Qaz xətlərinin açılış mərasimlərində Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynov, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov və digər rəsmi şəxslər və kənd əhalisi iştirak edib.

R.Abdullayev həmçinin Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb və onların problemləri ilə tanış olub.

Samirə QULİYEVA

 





30.08.2013    çap et  çap et