525.Az

Rusiya və Ermənistan prezidentlərinin görüşü olacaq


 

Rusiya və Ermənistan prezidentlərinin görüşü olacaq<b style="color:red"></b>

Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya işgüzar səfər edəcək.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.
 
Görüşdə gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, siyasi, iqtisadi-ticarət, enerji və humanitar sahələrdəki əlaqələr müzakirə olunacaq.
 
O cümlədən Cənubi Qafqazda təhlükəsizliyin təminatı və stabilliyi, MDB məkanına inteqrasiya prosesi də müzakirə predmeti olacaq

 





30.08.2013    çap et  çap et