525.Az

Portuqaliya klassik musiqisi Azərbaycan xalq müsiqisi ilə birləşir


 

Portuqaliya klassik musiqisi Azərbaycan xalq müsiqisi ilə birləşir <b style="color:red"></b>

“The Landmark Hotel Baku”nun Rotunda Jazz Hall zalında Portuqaliyalı əkizlər Fernando və Luis Koşta qardaşların “Portuqaliya Təcrübəsi” konserti keçirilib.

Konsert Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi və Bakıdakı Fəxri Konsulluğu, United Cultures və Landmark Hotel tərəfindən təşkil olunub.

Şəhər sakinləri qardaşları böyük izdihamla qarşılayıblar. Konsertdə tanınmış bəstəkarlar Robert Şumanın, Luiz Kosta, Astor Piazzolanın əsərləri səsləndirilib. Konsertin ikinci hissəsində Luis Koşta (piano) və Fernando Koşta (Violonçel) təqdimatında və Muğam triosunun xüsusi iştirakı ilə sintezi təqdim olunub. Qonaqlaq klassik musiginin Azərbaycan xalq müsiqisi ("Ay Dili Dili" и "Yaylıq") ilə əsrarəngiz qarışığının şahidi olublar.

Fernando və Luis Koşta “Portuqaliyanın yeni nəsil ifaçıları arasında xüsusi olaraq seçilir və emosional rezonans doğuran performansları, səhnədəki möhkəmlənmiş duruşları və dinamik və coşğulu tərzləri ilə həmahəng ifadə və musiqi həssaslığı onlara prestijli mükafatlar və şöhrət gətirub. Koşta qardaşları Çin, ABŞ, Cənubi Afrika, Kanada və Avropa da daxil olmaqla bir sıra ölkələrdə konsertlərlə çıxış ediblər.

 





18.12.2018    çap et  çap et