525.Az

“Mançester Yunayted” Mourinyonu qovdu


 

“Mançester Yunayted” Mourinyonu qovdu<b style="color:red"></b>

"Mançester Yunayted" baş məşqçisi Xose Mourinyo ilə yollarını ayırıb.

525.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, klubla mövsümün sonuna qədər Maykl Kerrik çalışacaq.

Ötən mövsümdə portuqaliyalı mütəxəssisin məşqçiliyi ilə əzəli rəqibi "Mançester Siti"yə məğlub olaraq ikinci olan "Qırmızı şeytanlar" bu mövsümə də çox pis başlayıb. Komanda Premyer Liqada 17 oyuna 26 xal qazanaraq 6-cı sırada yer alıb. Turun lideri olan "Liverpul"un isə aktivində 45 xal var.

Mançester Yunayted"lə Premyer Liqanın üç mövsümünü keçirən Mourinyo əvvəlki iki mövsümdə kluba bir UEFA Avropa Liqası çempionluğu, bir Liqa Kuboku, bir də "Community Shield" çempionluğu qazandırıb.

 





18.12.2018    çap et  çap et