525.Az

Qafqaz Müsəlmanları İdarəsi Gürcüstanda minarənin sökülməsini pisləyir (VİDEO)


 

Qafqaz Müsəlmanları İdarəsi Gürcüstanda minarənin sökülməsini pisləyir <b style="color:red">(VİDEO)</b>

Gürcüstanın əsasən müsəlmanlar yaşayan adıgedən rayonunu Çela kəndində yeni inşa olunan məscidin minarəsinin sökülməsinə Qafqaz Müsəlmanları İdarəsindən açıqlama gəldi. İdarə baş vermiş hadisəni pisləyib.

Qafqaz Müsəlmanlar İdarəsi sədrinin müavini, Fuad Nurullah: “İstəyir məscid, istəyir kilsə, istəyirsə də sineqoq tikilsin bunu sökmək olmaz çünki bu tək olan Allahın evidir. Biz Qafqaz Müsəlmanlar İdarəsi bunu pisləyir və bu məsələnin həll olunması millətlər arasında qarşıdurmanın yaranmaması üçün Şeyx əlindən gələn köməkliyi edəcək”.

Xatırladaq ki, Gürcüstanın dövlət orqanları Çela kəndinin yerli pravoslav icmasının müraciəti əsasında kənddəki məscid minarəsinin sökülməsinə qərar verib. Bu isə gürcü-müsəlman sakinlər arasında narazılıqla qarşılanıb.

Minarənin sökülməsinə yüzlərlə yerli sakin etiraz edib. Gürcüstanın Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları etirazçıları ərazidən uzaqlaşdırıb. Təxminən 20-ə yaxın adam həbs olunub.


 





30.08.2013    çap et  çap et