525.Az

Rövnəq Abdullayev FİFA-nın vitse-prezidenti ilə görüşdü


 

Rövnəq Abdullayev FİFA-nın vitse-prezidenti ilə görüşdü<b style="color:red"></b>

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə ölkəmizdə səfərdə olan FIFA-nın vitse-prezidenti, beynəlxalq futbol təşkilatının İcraiyyə Komitəsinin üzvü İssa Hayatou arasında görüş keçirilib.
 
525.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-in baş ofisində keçirilmiş görüşdə ölkəmizdə futbolun inkişafı, qadın futbolunun yüksək səviyyəyə çatdırılması, infrastruktur layihələrinin həyata keçirilməsi, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı məsələlər müzakirə olunub, AFFA prezidenti respublikamızda bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib.

İ.Hayatou səfərdə oduğu müddət ərzində qeyd olunan məsələlərlə yaxından maraqlandığını və həyata keçirilmiş tədbirlərdən, xüsusilə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilatçılığından razı qaldığını bildirib.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər.

 





08.10.2012    çap et  çap et