525.Az

Milli Kitab Mükafatının builki qaliblərinin əsərləri nəşr edilib


 

Milli Kitab Mükafatının builki qaliblərinin əsərləri nəşr edilib<b style="color:red"></b>

2013-cü il üzrə Milli Kitab Mükafatının (MKM) qalibləri olmuş Zakir Sadatlı, Pərvin Nurəliyeva və Malik Dursunovun əsərləri nəşr olunub. MKM-dən verilən məlumata görə, kitablar Bakının bütün kitab evlərində satışda olacaq. Həmçinin kitabları internet vasitəsilə www.alinino.az saytından da sifariş vermək mümkündür.

Qaliblərin kitabları yalnız ənənəvi kağız formatda deyil, həm də elektron formatda nəşr ediləcəkdir. Qısa müddətdə kitabların elektron variantlarını həm mobil telefon, həm planşet, həm də kompyuter vasitəsilə oxumaq mümkün olacaq.

Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsi olan MKM 2009-cu ildə “Əli və Nino” nəşriyyat evi tərəfindən təsis edilmiş və qısa müddətdə media və cəmiyyətdə çox geniş rezonans doğurub. Mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılmasıdır.

S.ABDULLAYEVA

 





02.09.2013    çap et  çap et