525.Az

"Falcon 9" raket daşıyıcısı ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxıldı


 

"Falcon 9" raket daşıyıcısı ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxıldı <b style="color:red"></b>

Florida ştatında "Falcon 9" raket daşıyıcısı ABŞ Hərbi Hava Qüvvələri üçün ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxılıb.

“Report” xəbər verir ki, bu barədə məlumat "SpaceX" şirkətinin "Twitter" mikrobloquna yerləşdirilib.

Bundan əvvəl raketin buraxılışı bir neçə dəfə ertələnib.

"GPS 3 SV01" peyki "SpaceX" şirkəti ilə ABŞ Silahlı Qüvvələri arasında imzalanan müqavilə çərçivəsində fəzaya buraxılıb.

Daha əvvəl Floridadan fəzaya buraxılan "Falcon 9" raket daşıyıcısı geri qayıdan zaman qəzaya uğrayıb.

 





24.12.2018    çap et  çap et