525.Az

Süd məhsulları istehsalçısı barəsində iş qaldırılıb


 

Süd məhsulları istehsalçısı barəsində iş qaldırılıb<b style="color:red"></b> İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 12-ci Xrebtovıy, 10 ünvanında fəaliyyət göstərən fiziki şəxs Bağırov Qalib Sahib oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan süd məhsullarının istehsal edildiyi müəyyən olunub.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, aparılmış yoxlama zamanı Q.Bağırov tərəfindən kəsmik və xamanın uyğunluq sertifikatı, dovğanın isə uyğunluq sertifikatı və resepturası olmadan istehsal edildiyi, habelə kəsmik və xamanın markalanmasında saxlama müddətinin normativ sənədlərdə müəyyənləşdirilmiş müddətdən artıq göstərildiyi aşkar edilib.

Bundan başqa, kəsmik və xamanın markalanmasında enerji və qida dəyərinin müəyyən edilmiş normalardan fərqli göstərildiyi müəyyən olunub.

Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti tərəfindən Bağırov Qalib Sahib oğlu barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
 





02.09.2013    çap et  çap et