525.Az

Azərbaycan Rusiya vətəndaşları üçün cəlbedici turizm istiqamətinə çevrilir


 

Azərbaycan Rusiya vətəndaşları üçün cəlbedici turizm istiqamətinə çevrilir<b style="color:red"></b>

Azərbaycan Rusiya vətəndaşları üçün cəlbedici turizm istiqamətinə və tanınan məkana çevrilir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.

Səfir bildirib ki, hazırda Azərbaycanın dağ-xizək kurortları ilə Rusiyanın Şimali Qafqazdakı dağ-xizək kurortları arasında əməkdaşlığın qurulması məsələsi üzərində iş gedir.

Kruiz istiqaməti barədə danışan M.Boçarnikov qeyd edib ki, gələn il bu təşəbbüsün reallaşdırılması üçün səylər görüləcək:

“Bunun üçün gəmilər tikmək vacibdir. Həştərxan vilayətində bir gəminin tikintisi aparılır”.

Azərbaycanın turizm istiqaməti kimi rusiyalılar tərəfindən daha çox tanınmasına gəldikdə isə, səfir Rusiyada Azərbaycan Turizm Şurasının nümayəndəliyinin açılmasının vacibliyini qeyd edib.

 





24.12.2018    çap et  çap et