525.Az

Xırdalanda partlayıcı pirotexniki vasitələr aşkarlandı


 

Xırdalanda partlayıcı pirotexniki vasitələr aşkarlandı <b style="color:red"></b>

Xırdalanda polis tərəfindən partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri növbəti reydlər zamanı Xırdalan şəhəri ərazisindəki mağazaların birindən 3650 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 





25.12.2018    çap et  çap et