525.Az

Kəskinləşən Rusiya-Ermənistan münasibətləri


 

Kəskinləşən Rusiya-Ermənistan münasibətləri<b style="color:red"></b>

Bu gün Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi davam etməkdədir. Belə ziddiyyətlərin daha kəskin formaya düşməsi tamamilə mümkündür. Bunu şərtləndirən kifayət qədər amilər var. Əslində, ermənilərin öz ağalarının üzünə ağ olması faktı hər zaman olub. Ruslar da öz növbəsində siyasi və strateji maraqlarını nəzərə alaraq ermənilərə göz yumublar.

2015-ci ildə Rusiya partriarxı Kiril ermənilərlə bağlı çox maraqlı açıqlama vermişdi: "Kiril Moskva ərtafında yerləşən pravoslav məbədlərin mitropolitləri ilə görüşdə Rusiya imperiyasının tarixini xatırladıb. Rus pravoslav kilsəsinin rəhbəri toplantı iştirakçılarının diqqətini Ermənistanda baş verən son hadisələrə və bu ölkədə artan antirusiya əhval-ruhiyyəsinə çəkərək deyib: "Erməni dövlətinin yaranması anından başlayaraq biz pravoslav olmayan bu xalqı müdafiə edirik. Biz hər zaman Ermənistanı Rusiya dövlətinin bir hissəsi saymışıq və azsaylı katolik erməniləri göz bəbəyi kimi qorumuşuq. Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə hər şeyin sürətlə dəyişməsinin və bizim etdiyimiz xeyirxahlığın bu cür həyasızcasına unudulmasının şahidiyik. Ermənilər bir şeyi unutmamalıdırlar ki, Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür".

Daha sonra bəzi rus politoloqları ermənilərlə bağlı mütəmadi olaraq kəskin açıqlamalar verirdilər. Lakin belə açıqlamalar Ermənistana qarşı ciddi addımların atılacağına, münasibətlərin pozulacağına gətirib çıxarmırdı.

Bəs, bu gün nə baş verir ki, Rusiya Ermənistanı ciddi cəzalandırmaq istəyir?

Ermənistanda baş verən hakimiyyət dəyişikliyi, antirusiya meylli N.Paşinyanın iqtidara gəlişi, parlamentdə hansı yolla olur-olsun səs çoxluğu əldə etməsi və nəhayət, işğalçı ölkədə antirusiya əhval ruhiyyəsinin bu qədər güclənməsi Şimal qonşumuzu düşünməyə vadar edib. Hiss olunur ki, Rusiyanın rəsmi dairələri öz ağalarının üzünə ağ olmalarına görə, erməniləri heç cürə bağışlamaq istəmir.

Şimal qonşumuzun Ermənistanı öz quberniyası kimi görməsi və qəbul etməsi başa düşüləndi. Çünki bu dövləti qədim türk torpaqlarında vaxtilə Rusiya yaratmışdı. Rusiya partriarxı Kirilin təbirincə desək, "Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür".

Bəs, bu proseslər necə cərəyan edəcək? Doğudanmı, Rusiya Ermənistanı kəskin şəkildə cəzalandıracaq?

Rusiyanın bütün iqtisadi rıçaqlarını işə salıb Ermənistana kəskin təzyiq göstərəcəyi fikri inandırıcı deyil. Çünki o zaman Ermənistan dövlət kimi tam çökə bilər. Bu isə Rusiyanın heç də marağında deyil. Şimal qonşumuzun Cənubi Qafqazda yeganə forpostu və digər dövlətlərə təzyiq vasitəsi kimi istifadə etdiyi Ermənistanı çökdürmək yox, onu nəzarətində yarımmüstəqil vəziyyətdə saxlamaq istəyi var. Rusiyanın mütəmadi olaraq Ermənistanı nəzarətində saxlamaq üçün qulaqburması verəcəyi şübhəsizdir. Ola bilər müxtəlif vasitələrlə Paşinyanı yola salıb öz adamını rəhbərliyə gətirsin.

Avropa dövlətlərinin Ermənistanı Rusiyadan qoruyacağı fikri isə doğru deyil. Əslində, Qərb dövlətlərinə Cənubi Qafqazda Rusiya-Ermənistan toqquşmasından daha çox nisbi sabitlik lazımdır. Bu gün Avropanın özünün yetərincə problemləri qabarmaqdadır. Belə məqamda gəlib Ermənistan kimi yarımmüstəqil bir dövlətə görə, Rusiya ilə üz-üzə gəlmək Qərbin marağında deyil.

Bəzi avropalı siyasətçilərin müdafiə xarakterli növbətçi ermənipərəst bəyanatlarının səslənməsi gözləniləndir. Müxtəlif sədəqələrin, toplanmış pul vəsaitlərinin ermənilərə verilməsi mümkündür və bu, baş verəcək. Lakin nəhəng şirkətlərin Ermənistana böyük sərmayələr yatıracağı qeyri-mümkündür. Dünyada mövcud olan nüfuzlu, özünə hörmət qoyan şirkətlərin bu dövlətə böyük sərmayələr ayırması inandırıcı deyil. Çünki ağlı başında olan həmin şirkət sahibləri özlərini Ermənistanının tərəfdaşı kimi hiss etmirlər.

Ermənistanın xilası yalnız Azərbaycanla və Türkiyə ilə normal iqtisadi əməkdaşlıq şəraitində mümkün ola bilər. Bu da o zaman mümkün olar ki, ermənilər işğalçılıq siyasətindən, separatizmdən əl çəkib normal qonşuluq münasibətləri qursunlar. İndiki vaxtda ermənidən belə münasibəti gözləmək sadəlövhlükdür.

Deməli, biz bütün cəbhələrdə daha çox çalışmalıyıq. Qarabağda erməni özünü rahat hiss etməməlidir. İşğal olunmuş ərazilərə öz övladlarını göndərən erməni anaları düşünməlidirlər ki, öz övladlarını ölümə göndərirlər. Ermənilər işğalın ağır nəticələrini gündəlik ağırlaşan güzəranlarında görməlidirlər. Nəhayət, bizim hücüm diplomatiyamız hər zaman öndə olmalıdır.

Həmçinin, Dağlıq Qarabağda məskən salan, dinc insanların həyatı üçün təhlükə törədən terrorçu qrupların zərərsizləşdirilməsi məqsədilə antiterror əməliyyatlarının həyata keçirilməsi üçün ciddi hüququ əsaslar yaranmaqdadır. Bu isə lokal müharibələri qaçılmaz edir.

 





26.12.2018    çap et  çap et