525.Az

Elmar Məmmədyarov Böyük Britaniyaya gedir


 

Elmar Məmmədyarov Böyük Britaniyaya gedir<b style="color:red"></b>

Nazir Elmar Məmmədyarov Böyük Britaniyaya səfər edəcək.

525.azın XİN-in saytına istinadən verdiyi məlumata görə, 3-5 sentyabrda baş tutacaq səfər əsnasında nazir Elmar Məmmədyarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, parlamentin xarici əlaqələr və enerji məsələləri üzrə komitələrinin üzvləri və BP şirkətinin Baş icraçı direktoru Lamar Makkey ilə görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində, həmçinin nazir Elmar Məmmədyarovun Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda çıxışı və Böyük Britaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşləri də planlaşdırılır

 





02.09.2013    çap et  çap et