525.Az

“Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün keçmişdə yaxşı bir fürsət olub”


 

“Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün keçmişdə yaxşı bir fürsət olub”<b style="color:red"></b>  “Bölgələrdə həlli uzadılmış münaqişələr iqtisadi inkişafını çətinləşdirən dağıdıcı qüvvəyə malikdir”.
 
APA-nın məlumatına görə, bu fikirləri “Dəyişən dünyada Cənubi Qafqaz” Forumunda çıxış edən Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin bildirib.
 
Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda 3-4 münaqişə mövcuddur: “Bu münaqişələr davam şəkildə regionun inkişafına və təhlükəsizliyinə mənfi təsir göstərir və potensial qonşular arasında əlaqələrin inkişafına təhdiddir. Bu münaqişələrdən ən böyüyü Dağlıq Qarabağ münaqişəsidir. Birinci onu qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Minsk Qrupu çərçivəsində qəbul olunan strategiya öz nəticələri verməyib. Türkiyə Minsk Qrupunun səylərini dəstəkləyir. Lakin 20 ildir ki, bu münaqişə həll olunmur. ATƏT-in Minsk Qrupuna yeni ideyalar lazımdır. Daha 20 ili münaqişəni həll etmədən yaşamaq mümkün deyil. Münaqişə uzandıqca onun həlli də mürəkkəbləşir. Cənubi Osetiya və Abxaziya münaqişəsinin həlli daha asandır, nəinki Dağlıq Qarabağ münaqişəsinin”.
 
H. Çətin çıxışında bildirib ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün keçmişdə yaxşı bir fürsət olub: “Bir zamanlar biz münaqişənin həlli imkanını əldən vermişik. Ermənistan-Azərbaycan-ABŞ-Türkiyə dördtərəfli görüşü təyin olunmuşdu. Biz münaqişəni həll etmək üçün əlimizdən gələni etməyə çalışırdıq, lakin görüş öncəsi Ermənistan xarici işlər naziri Raffi Ovanisyanın görüşdə iştirak etmək istəməməsi barədə zəng gəldi”.
 
Münaqişənin həlli yolları barədə fikirlərini bölüşən Hikmət Çətin deyib ki,  birinci mərhələdə 5 rayon azad edilməli, daha sonra Azərbaycan, Türkiyə və Ermənistan bir araya gəlib müzakirələrə başlaya bilər: “Daha sonra Qarabağın statusunun müzakirəsinə başlamaq olar. İlk mərhələdə 5 rayonun azad edilməsi, Ermənistan qoşunlarının çıxarılması və rayonların bərpası vacibdir”.
 





03.09.2013    çap et  çap et