525.Az

Kamal Abdulla ilə görüş keçirildi


 

Kamal Abdulla ilə görüş keçirildi <b style="color:red"></b>

Dekabrın 26-da Bakı Kitab Mərkəzində “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru, yazıçı Kamal Abdulla ilə görüş keçirilib.

Mərkəzdən 525.az-a verilən məlumata görə, görüşdə K.Abdulla Bakı Kitab Mərkəzində çıxış etmək fürsətinə görə məmnunluğunu bildirib.

Tədbirə gələn çoxsaylı tələbələrin, pərəstişkarların suallarını cavablandıran yazıçı, dünyanın dahiyanə ədəbi abidələrindən “Dədə Qorqud” dastanına baxışından, mifologiyanın bugünkü həyatımıza təsirindən, ədəbiyyata gəlməyindən danışıb, sevilən şeirlərini səsləndirib.

Sonda qonaq oxucular üçün kitablarını imzalayıb.

 





27.12.2018    çap et  çap et