525.Az

Ötən 10 ildə məcburi köçkünlər arasında yoxsulluq 5 dəfə azalıb


 

Ötən 10 ildə məcburi köçkünlər arasında yoxsulluq 5 dəfə azalıb<b style="color:red"></b>

Ötən 10 ildə məcburi köçkünlər arasında yoxsulluq 5 dəfə azalıb

Ötən 10 il ərzində məcburi köçkünlər arasında yoxsulluq 5 dəfəyədək azalıb. Bu haqda president-az.com saytı  xəbər verir. Sayt bu günlərdə prezident İlham Əliyevin ötən illik fəaliyyətinin nəticələrini əks etdirən layihə kimi istifadəyə verilib. Orada ölkənin sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi irəliləyişlərdən bəhs olunur.

Saytın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair görülmüş işlər bölməsində göstərilir ki, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş səyləri, bu məqsədlə qəbul etdiyi qərarlar və həyata keçirilmiş proqramlar sayəsində işğal nəticəsində öz evlərini tərk etməyə məcbur olmuş insanlar arasında yoxsulluq da nəzərəçarpacaq dərəcədə  azaldı.
Qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması ilə yanaşı, onların  sosial problemlərinin həlli də  daim diqqət mərkəzində oldu. Prezident məcburi köçkünlərin sosial problemlərinin həlli üçün dövlət büdcəsindən ayrılan vəsaiti ötən 10 ildə dəfələrlə artırdı.

Dövlət büdcəsindən qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 2008-ci ildə (163,1 milyon manat)  2003-cü illə müqayisədə (53,4 milyon manat  ) 3 dəfə artıq vəsait ayrılmışdı.  2012-ci ildə isə məcburi köçkünlərin və qaçqınların problemlərinin həlli  məqsədilə  ayrılmış vəsait  603 milyon manat oldu. Bu göstərici 2003-cü il ilə müqayisədə 5,5 dəfə çoxdur. Həmin vəsaitin 273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondu,  30 milyon manatı isə beynəlxalq təşkilatlar tərəfindən ayrılmışdı.

Dövlət məcburi köçkünlərin və qaçqınların kommunal xərclərinin ödənilməsi, onlara humanitar yardımlar, o cümlədən ərzaq yardımlarının verilməsi üçün hər il yüz milyonlarla  manat vəsait xərcləyir. 2012-ci ilə olan rəqəmlərə görə, hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf olunur.
Prezident İlham Əliyevin ötən 10 ildə məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş səylərinin, həyata keçirilmiş çoxşaxəli proqramların nəticəsi olaraq işğal nəticəsində öz evlərini tərk etməyə məcbur olmuş insanlar arasında yoxsulluq həddi 5 dəfə -  75 faizdən 15 faizədək azaldı. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

 





03.09.2013    çap et  çap et