525.Az

İTV-də baş direktor müavini və xəbər müdiri işdən çıxarıldı


 

İTV-də baş direktor müavini və xəbər müdiri işdən çıxarıldı<b style="color:red"></b> İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətində daha iki istefa baş verib. Şirkətdən Lent.az-a verilən məlumata görə, İTV sədrinin ictimai-siyasi məsələlər üzrə direktor müavini Oqtay Bayramov işdən çıxarılıb.
 
İTV-nin Xəbərlər Departamentinin direktoru İlham Sərxanlı da vəzifəsindən azad olunub.
 
Hər iki vəzifəyə hələlik təyinat olmayıb.
 
Məlumata görə, bu gün İTV-nin Yayım Şurasının iclası çağırılıb. İclasda yeni təyinatlar olacağı gözlənilir.
 
Qeyd edək ki, O. Bayramov İTV-nin direktor müavini vəzifəsinə yeni təyinat almışdı. O, buna qədər “Azərtac”ın Türkiyə bürosunun rəhbəri vəzifəsində çalışmışdı.
 





03.09.2013    çap et  çap et