525.Az

Milli kinomuz beynəlxalq telkinoforumda


 

Milli kinomuz beynəlxalq telkinoforumda<b style="color:red"></b>

Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi “Birlikdə” XIV Beynəlxalq telekinoforumda iştirak edəcək.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, telekinoforum sentyabrın 5-dən 11-dək Ukraynanın Yalta şəhərində keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Gənc çölçü şəhər mühitindən uzaqlarda, təbiətin qoynunda, onunla sıx təmasda yaşayır. Atası çöl həyatının bütün incəliklərini ona öyrədir. Atasının ölümündən çox keçməmiş o, qəsəbədən gələn bir qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni bir səhifə, indiyədək tanımadığı yaşam tərzinə doğru atılmış böyük bir addımdır.

“Çölçü” bədii filmi indiyədək “Didor” V Beynəlxalq kinofestivalı (Düşənbə), MDB ölkələrinin, Latviya, Litva və Estoniyanın “Kinoşok” XXI açıq kino festivalı (Anapa, Rusiya), “Avrasiya” VIII Beynəlxalq kinofestivalı (Almatı), XVI “Qaranlıq gecələr” Beynəlxalq film festivalı (Tallin), 35-ci Qahirə Beynəlxalq film festivalı, XXII “Qızıl pəhləvan” Beynəlxalq kinofestivalı (Xabarovskda, Rusiya), XXIV Beynəlxalq kinofestivalı (Ankara) və 13-cü Tbilisi Beynəlxalq film festivalında iştirak edib.

 





03.09.2013    çap et  çap et