525.Az

Abdullah Gül: "Suriyaya xaricdən müdaxilə edilməsi vacibdir"


 

Abdullah Gül: "Suriyaya xaricdən müdaxilə edilməsi vacibdir"<b style="color:red"></b>

Türkiyə prezidenti Abdulla Gül Suriya ilə ölkəsi arasında yaranmış gərgin vəziyyətlə bağlı açıqlama verib.

Ankarada çıxışı zamanı Gül bildirib ki, Suriyada davam edən vəziyyətin dəyişməzi üçün xaricdən müdaxilə edilməsi vacibdir. Onun sözlərinə görə, Türkiyənin öz təhlükəsizliyi məsələsinə gəlincə isə hökumət bütün səlahiyyətləri ilə lazımi tədbirləri görür.

"Suriya xalqı çox əziyyət çəkir və bu iztirablar bəzən bizə də təsir edir. Məlum olduğu kimi bir neçə vətəndaşımızı raket zərbələri nəticəsində itirmişik. Belə bir müddətdə hökumət baş qərargahla daimi olaraq məsələhətləşmələr aparır. İstənilən vəziyyətlə bağlı lazımi tədbirlər dərhal görülür. Suriyada vəziyyətin bu cür davam etməsi qətiyyən qəbuledilməzdir. Ona görə də, əvvəl axır bir dəyişiklik bir keçid prosesi olacaq. Lakin bizim arzumuz bu prosesin qan tökülmədən, Suriyanın özü-özünü xarabaya çevrimədən baş verməsidir. Məsələnin daha tez öz həllinin tapması üçün beynəlxalq ictimaiyyətin də təsirli addımlar atmağı vacibdir", - deyə Gül fikrini bildirib. (ANS Press)

 





09.10.2012    çap et  çap et