525.Az

“İslamsız dünya” layihəsinə “Müsəlman qardaşları” nizami?


 

“İslamsız dünya” layihəsinə “Müsəlman qardaşları” nizami?<b style="color:red"></b>

Dr. Mehmet Seyfəddin Erol,
USGAM rəhbəri

Əslində, bu gün Cənubi Qafqaz ətrafında cərəyan edən son prosesləri Rusiya xarici siyasətində “Yaxın ətraf” və Putinin Azərbaycan səfəri kontekstində qiymətləndirmə mövzusunu davam edəcəkdim.

Lakin gündəmi zəbt edən Misir olaylarından yazmaq istədim. Təəssüf ki, üst-üstə yaşanan qırğınlara baxmayaraq Misir olaylarında ikili standarta söykənən laqeyd dünya klassikası müşahidə edilir, hələ də “passiv mövqe” və “bulanıq reaksiya” ilə qanuniləşdirmə, cəsarətləndirmə və təşviq etmə rolu oynayan “İslamsız bir dünya” və ya köhnəlmiş beynəlxalq sistem ilə qarşı-qarşıyayıq.

Qraham Fullerin başlığına istinadən istifadə etdiyim və günümüzdəki bir çox inkişafın təməlində dayanan “İslamsız dünya” ifadəsi Misir və “Müsəlman qardaşları” da daxil olmaqla, bütün İslam dünyasında yaşananlarla əlaqədar əhəmiyyətli məqamları ehtiva edir.

Xüsusilə də ortaya çıxan mənzərə qarşısında bir “xəyal qırıqlığı” yaşayan, radikalizm və çevrilişlər də daxil olmaqla, klassik post-müstəmləkə üsullarına anidən geri qayıtmaqdan çəkinməyən Qərb dünyası baxımından bu belədir!

Misirdə “Müsəlman qardaşları” məsələsində yaşanan proseslər bunun son göstəricilərindən birini təşkil edir. Özünə qayıdışın və yenidən dirilişin mühüm qalalarından biri olan Misir 11 sentyabr hadisələrindən sonra sürət qazanan “Yeni səlib yürüşləri”ndən biri vasitəsilə tamamilə zəbt edilmək istənilir, həm də özləri tərəfindən tək bir güllə atılmadan.

Başqa cür desək, on illərə söykənən dib dalğanın (xalq hərəkatlarının) artan gücü, içəridəki dalğaqıranlarla təsirsiz hala gətirilməyə çalışılır!

“Müsəlman qardaşları” bu nöqtədə yalnız içəridəki güc uğrunda mübarizənin deyil, eyni zamanda, “Ərəb baharı” ilə sürətlənən müstəqil bir İslam dünyası axtarışının önünə keçmə və bu proseslərin uğursuzluğunu nümayiş etdirmə siyasətinin də bir hissəsi kimi qarşımıza çıxır.

Bu da bizi oyundakı əsas struktura qədər gətirib çıxarır. İslam dünyasına yönələn necə bir “çirkli oyun” oynandığını, Misir və ya “Müsəlman qardaşları” məsələlərində üst-üstə düşən yerli, regional və qlobal miqyasda ortaq maraqların fərqli hesablara, gözləntilərə baxmayaraq necə ortaq bir zəmində bir yerə toplaşdığını göstərir.

Daha konkret bir şəkildə ifadə etsək, Qərb və İsrail ilə ortaq məxrəcə gələn bəzi ərəb rejimlərini və onların arxa planını nümayiş etdirir və burada yalnız “asılılıq”, “müstəqillik”, ya da “peyklik” ilə ifadə edilə bilməyən bəzi “incə-həssas” məqamlara – əlaqələrə diqqətləri çəkir.

Bu da bariz şəkildə “döşəmə” ilə “tavan” arasındakı “toxuma fərqliliyi” kimi qarşımıza çıxır. Yəni “süni-düzəltmə” mövhum və hadisələrə qarşı haqq və həqiqətə dönüş və başladılan “müqavimət”!

Necə ki, “Müsəlman qardaşları” ilə simvollaşmağa başlayan müqavimət hərəkatı bünyənin artıq bu cür strukturlara tab gətirə bilməyəcəyi ilə əlaqədar verdiyi xəbərdarlığın ətrafa əks olunmuş konkret bir göstəricisini təşkil edir.

Başqa bir ifadə ilə desək, İslam dünyası özünə qayıtmaq istəyir, amma görünən odur ki, “Müsəlman qardaşları” və ya onu iqtidara gətirən “Ərəb baharı” burada arı səbətinə çöp uzatmağa bənzəyir. Bu isə qlobal mənada tarazlıqların alt-üst olacağı yeni bir mərhələ mənasına gəlir ki, məsələnin bəm telini də məhz bu təşkil edir.

Belə bir ehtimal isə, heç şübhəsiz, qlobal mənada bir qırılma deməkdir ki, güc itkisi yaşayan Qərbin və hətta yüksəlişə keçən “İslamsız Şərq”in üçüncü bir gücə icazə verməsi o qədər də mümkün görünmür.

Bunun üçün də BMT də daxil olmaqla bütün platformalarda gizli əməkdaşlıqdan çəkinmirlər və İslam dünyasının qan itkisini sanki təşviq edirlər. Çatmadığı yerlərdə isə, fərqli vasitələrin müdaxiləsini təmin edirlər.

Buna Qərb dünyasının İslam dünyasında radikalizmin doğuşu üçün hazırladığı zəmin və təhdid olaraq ön plana çıxardığı bəzi radikal təşkilatlar da daxildir. Bu səbəbdən oyunun təməlində nəzarət altına alınmış, heç bir siyasi iddiası olmayan bir İslam dünyasının inşası düşüncəsi yatır.

Buna görə də “Misirdən sonra sıra Türkiyəyə gələ bilər” şərhi olduqca əhəmiyyətlidir. Çünki Türkiyə bu layihənin önündəki əsas təhdid kimi qəbul edilir, baxmayaraq ki, bu qədər qarışıqlıq və bir çox çətinliklərlə qarşı-qarşıyadır!

Newtimes.az

 





03.09.2013    çap et  çap et