525.Az

Bayılda rolik parkı inşa olunacaq


 

Bayılda rolik parkı inşa olunacaq<b style="color:red"></b> Bakıda rolik sürənlər üçün xüsusi park yaradılacaq.

ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.

Bu sahənin olduqca maraqlı olduğunu bildirən nazirin sözlərinə görə, hazırda Xaçmaz rayonunda yerləşən Olimpiya İdman Kompleksinin tərkibində rolik parkı açılıb.

"Bakıda bu park Bayılda tikilən velosiped parkının nəzdində inşa olunacaq. Bununla bağlı Bulvar idarəsini rəhbərliyi ilə danışıqlar aparılır".

Nazir həmçinin bildirib ki, Azərbaycan Rolik Federasiyası artıq ölkədə mövcuddur və təşkilatı işləri həyata kerçirəcək
 





03.09.2013    çap et  çap et