525.Az

İnsan bütün obrazların cəmi kimi - Rəvan Cavid yazır - ANONS


 

İnsan bütün obrazların cəmi kimi - Rəvan Cavid yazır - <b style="color:red">ANONS</b>

"Hələ də binanın damındasınızsa, hələ də şəhərə baxırsınızsa, təcili yardım siqnalına hürküb fikirdən ayıldınızsa, şəhəri hələ də işıqlı görə bilirsinizsə, evə dönüb masanızın önünə keçin. Yeni hekayə yazmaq üçün çox yaxşı fikirləriniz var. Elə birinci bu şəhərdən və özünüzdən başlaya bilərsiniz. Obrazlar axtarmağa dəyməz. Mətn düşünmək isə vaxtınızı alacaq. Yaşamaq sizə kifayət edər. Gözəgörünməz müəllifinizlə bərabər bundan sonrakı günlər üçün yaxşı bir əhvalat quracağınıza əminəm. Axtarışınızı dayandırın. Həyat mətndir, biz özümüz obrazıq" - Rəvan Cavidin "Obrazlar axtarmağa dəyməz" essesindən parça

- "Həyat özü mətndi. Və biz bu mətnin həm obrazları, həm də müəllifləriyik";

- İnsan bütün obrazların cəmi kimi;

- "Həyat idarə olunanda gözəldir;

- "Ulduzlar gördüyümüz qədər kiçik deyil. Onlar Yerdən də böyük olur. Ulduzların üzərində dayanan adamlara da bizim haqqımızda elə deyirlər. "O adamlar balaca görünür, amma çox böyükdürlər!"

- "Bir Kor kitabxana müdiri deyirdi ki, mətn idarə olunan yuxudur";

- "Çox tez-tez eşidirik, nəyi yazmaq yox, necə yazmaq önəmlidir. İnanmayın. Vacib olan fərqli nəsə tapmaqdı";

YAZININ TAM VERSİYASINI "525-Cİ QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





29.12.2018    çap et  çap et