525.Az

"Bu dəmiryolu layihəsinin sürətləndirilməsinə 42,8 milyon dollar ayrılıb"


 

"Bu dəmiryolu layihəsinin sürətləndirilməsinə 42,8 milyon dollar ayrılıb"<b style="color:red"></b>

İran Milli Bankı Ərdəbil dəmiryolunun inşasına 7,5 trilyon rial (təxminən 178 milyon dollar) vəsait ayırıb. İndiyədək bu məbləğin 1,8 trilyon rialı (təxminən 42,8 milyon dollar) ödənib.

Trend-in məlumatına görə, bunu İranın Milli Bankının icra direktoru Məhəmməd Rza Hüseynzadə deyib.

Onun sözlərinə görə, bu məbləğin 800 milyard rialı (təxminən 19 milyon dollar) cari ilin 7-ci ayında, 1 trilyon rialı (təxminən 23,8 milyon dolları) isə ötən gün əlaqədar şirkətin hesabına ödənilib.

Hüseynzadə əlavə edib ki, Ərdəbil dəmiryolu layihəsi üçün lazımi vəsait iş prosesinə əsasən ödənilir və 3-cü ödəniş isə 12-ci ayda podratçı şirkətin hesabına ödənəcək.

 





03.01.2019    çap et  çap et