525.Az

Reklam Agentliyi “ASAN ödəniş” sisteminə inteqrasiya edildi


 

Reklam Agentliyi “ASAN ödəniş” sisteminə inteqrasiya edildi<b style="color:red"></b>

Sahibkarlar Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqqı ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirə bilərlər.

Dövlət Reklam Agentliyindən 525.az-a verilən məlumata görə, müvafiq ödənişləri www.asanpay.az portalı və “e-Manat” terminalları vasitəsilə də etmək mümkündür.

Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqlarının ödənişi yaxın gələcəkdə mərhələli şəkildə bütün ödəniş portalları və terminallarından həyata keçiriləcək.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi Azərbaycan Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.

Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 120 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları, www.e-gov.az portalı, eləcə də sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsilə təmin edilir.

 





04.01.2019    çap et  çap et