525.Az

Putindən mesaj: “Sərkisyanla Qarabağ probleminin həlli yolunu müzakirə etdik”


 

Putindən mesaj: “Sərkisyanla Qarabağ probleminin həlli yolunu müzakirə etdik”<b style="color:red"></b>

“Biz Serj Sərksiyanla Qarabağ probleminin həlli yollarını müzakirə etdik”.
 
Modern.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sərkisyanla keçirdiyi görüşün nəticələri ilə bağlı KİV üçün keçirilən mətbuat konfransında bəyan edib. Lakin Putin bu müzakirələrin təfərrüatlarını açmayıb.

Kremlin sahibi deyib ki, onun təklifini qəbul edib Moskvaya gəldiyi üçün Sərkisyana təşəkkür edir. “Ermənistan prezidenti ilə görüşümüz konstruktiv, dostluq,  açıq və səmimi şəraitdə keçdi”-deyə Putin bildirib. O qeyd edib ki, görüş zamanı rus-erməni əməkdaşlığının gələcək perspektivləri əhatəli şəkildə müzakirə olunub. Öz növbəsində S.Sərkisyan bildirib ki, regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Putinlə müzakirə aparıb.

“Mən bir daha bəyan etdim ki, Ermənistan münaqişəsinin yalnız sülh yolu ilə həll edilməsi üçün hazırdır. Münaqişə bərabərlik, xalqların öz müqəddaratını təyinetmə hüququ, güc tətbiq etməmək və dövlətin ərazi bütövlüyü əsasında həll olunmalıdır”-deyə Sərkisyan qeyd edib.

O bildirib ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında əks olunmuş prinsiplər üzrə böhrandan çıxış yolu üçün yolları axtarmağa hazırdır.

 





04.09.2013    çap et  çap et