525.Az

Gənc Tamaşaçılar Teatrı 86-cı teatr mövsümünə start verib


 

Gənc Tamaşaçılar Teatrı  86-cı teatr mövsümünə start verib<b style="color:red"></b>

Sentyabr ayının 21-də saat 12.00da nümayiş etdiriləcək rus yazıçısı A.Tolstoyun eyniadlı əsəri əsasında hazırlanmış “Buratinonun macəraları” mövsümün ilk tamaşası olacaq.

Beynəlxalq layihə əsasında ərsəyə gəlmiş tamaşanın quruluşçu rejissoru ASSİTEJ-in baş katibi İvisa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliçdir  (Xorvatiya).

Həmin gün saat 19.00da İsveç dramaturqu Lars Norenin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Müharibə” tamaşası göstəriləcək. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır. 16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulçuş səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə ehtiva etdirir...

Açılışdan sonra teatrın kollektivi mövsümün ilk qastrol səfərini həyata keçirməyi nəzərdə tutur. Belə ki, qarşılıqlı mədəni əməkdaşlığa dair sazişə əsasən  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2013-cü ilin sentyabr ayının 30-dan oktyabr ayının 2-ə dək Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında, oktyabr  ayının 3-dən 6-dək Kalmıkiya Respublikası Milli Dram Teatrında R.Rzanın “Ana qaz”, L.Nurenin “Müharibə” və P.Züskindin “Kontrabas” tamaşaları ilə çıxış edəcək.

 





04.09.2013    çap et  çap et