525.Az

Büdcə təşkilatları ilə bağlı yeni qayda təsdiqləndi


 

Büdcə təşkilatları ilə bağlı yeni qayda təsdiqləndi<b style="color:red"></b>

“Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

“Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilib.

 





04.01.2019    çap et  çap et